COP29

“Kimsə bunun əksini desə belə, dünyanın ən yaxşısısan - Davam et, səni sevirəm”

29 Oktyabr 21:40 Dünya futbolu 504
“Kimsə bunun əksini desə belə, dünyanın ən yaxşısısan - Davam et, səni sevirəm”

“Vest Hem”in yarımmüdafiəçisi Lukas Paketa “qızıl top” mərasimindən sonra “Real”ın hücumçusu Vinisius Juniora müraciət edib. “Real”ın forvardı ikinci yeri tutub.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, brazilyalı futbolçuya heyran olduğunu etiraf edib:

“Mən həmişə sənə heyran olmuşam. Qələbəmdən çox sənə köklənirəm.

Kimsə bunun əksini desə belə, Vinisius, sən dünyanın ən yaxşısısan. Davam et, səni sevirəm”.

“Qızıl top”un qalibi İspaniya millisinin və “Mançester Siti”nin yarımmüdafiəçisi Rodri Ernandes olub. Yekun siyahıda növbəti yerləri Vinisius, Çud Bellingem, Dani Karhaxal və Erlinq Haland tutub.

Digər Xəbərlər
Xəbər Lenti
4 Dekabr 04:40 "Ordu"ya qalib gəldilər