COP29

“Messi insan deyil!" - Ona heyran olduqlarını yazdılar

6 May 10:00 Dünya futbolu 747
“Messi insan deyil!" - Ona heyran olduqlarını yazdılar

MLS-in mətbuat xidməti “İnter Mayami”nin hücumçusu Lionel Messinin “Nyu York Red Bulls”a qarşı matçındakı (6:2) çıxışına heyran olduqlarını yazıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, MLS-in mətbuat xidməti Messini tarixin ən böyük futbolçusu adlandırıb:

“Messi insan deyil! O, tarixin ən böyük futbolçusudur!”

Messi bu oyunda 1 qol vurub, 5 məhsuldar ötürmə edib.

Argentinalı forvard MLS-in cari mövsümündə 8 oyun keçirib, 10 qol vurub və 9 məhsuldar ötürmə edib. Onun “İnter Mayami” ilə müqaviləsi 2025-ci ilin sonuna qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
18 May 14:20 Rumıniyaya uduzduq