COP29

Buradan gedəcək 6 futbolçu arasında azərbaycanlı da var - İDDİA

9 May 09:20 Dünya futbolu 623
Buradan gedəcək 6 futbolçu arasında azərbaycanlı da var - İDDİA

Məlum olduğu kimi, Azərbaycan millisinin müdafiəçisi Rahil Məmmədovun çıxış etdiyi LKS Lodz yeni mövsüm Polşa yüksək liqasını (Esktraklassa) tərk edəcək və birinci liqada yarışacaq.

Sportinfo.az xəbər verir ki, Rahil Məmmədov 2024-cü ilin yanvarında "Qarabağ"dan ayrılaraq bu klubla müqavilə imzalayıb.

28 yaşlı futbolçu əsas heyətin futboçusu kimi LKS-in heyətində 13 oyunda meydana çıxıb. LKS birinci liqaya düşdükdən sonra R.Məmmədovun növbəti mövsümdə bu komandada qalıb-qalmayacağına dair hələ məlumat yoxdur.

Polşa mətbuat hesab edir ki, Rail Məmmədov yeni mövsümdə Esktraklassada qalmağa layiq futbolçudur.

Bu ölkənin "Nowiny 24" nəşri LKS heyətinin təhlil edərkən komandadan 6 futbolçunun yeni mövsümdə Esktraklassada çıxış etməli olduğunu yazıb.

Nəşr hesab edir ki, 2024/25 mövsümündə LKS-in bir neçə oyunçusu komandanı tərk edəcək.

Polşalı jurnalistləri fikrincə, yay transfer dönəmində başqa bir yüksək liqa klubunda oynamağa layiq futbolçulardan biri də R.Məmmədovdur. Digər 5 futbolçu isə Aleksander Bobek, Dani Ramirez, Antoni Mlınarçik, Hüseyn Baliç və Key Tedjandır.

R.Məmmədovun LKS-lə müqaviləsi 2025-ci ilin iyununda başa çatır.

Digər Xəbərlər
Xəbər Lenti