COP29

Bu qərəz rayon komandasını Premyer Liqadan uzaq saldı - VİDEO+FOTOREPORTAJ

10 May 09:40 Dünya futbolu 1 207
Bu qərəz rayon komandasını Premyer Liqadan uzaq saldı - VİDEO+FOTOREPORTAJ

I Liqada 25-ci tura yekun vurulub.

Hesabat həftəsinin mərkəzi oyununda “İmişli” və “Qaradağ Lökbatan” üz-üzə gəlib - 0:0.

İmişlidə keçirilən matçı 3800-dən artıq azarkeş izləyib. Bu matç ev sahibləri üçün praktiki cəhətdən son şans idi.

Əsgər Abdullayevin komandası qələbə qazanmasaydı, çempionluq sevdasından faktiki olaraq əl çəkəcəkdi. Liderlə xal fərqini 3-ə endirmək üçün başqa yolları qalmamışdı.

Aran təmsilçisi qalibiyyət üçün bacardığını etdi. Amma… İnqilab Məmmədovu nəzərə almamışdılar.

«İmişli» ilk hissənin sonlarında meydan sahibləri qol vursa da, baş hakim əllə oyun olduğunu iddia edərək, qolu saymadı.

Vəziyyət bundan sonra gərginləşib. Hakimin qərarına qəzəblənən yerli azarkeşlər meydana yad əşyalar atmağa başlayıb.

Bundan sonra hakimlər meydançanı tərk etməli olub. Fanatların sakitləşməsindən sonra isə oyun yenidən davam etdirilib.

İnsidentlə əlaqədər oyunda 15 dəqiqə fasilə yaranıb.

Kadrlar əlimizin altında, gözümüzün qabağındadır. Buradan aydın etmək olur ki, İnqilab Məmmədov İmişliyə hansı niyyətlə yol ölçüb.

Referinin Ruslan Hacıyevin fərqləndiyi epizodu qəsdən düzgün qiymətləndirmədiyi qənaətindəyik. «Qara» ləqəbli «fit sahibi» əzəldən «Qaradağ»ın fanatıdır.

Elçin Məmmədovun tələbəsidir, necə olmalıdır ki..? O, həmişə bu komandaya «yardım əli»ni uzadıb və görünən budur ki, İnqilab köhnə şakərindən vaz keçmək fikrində deyil.

Epizoda baxaq: Ruslan topa qəsdən qolla toxunmur. Qol bədənə bitişikdir, onu bu vəziyyətdə önünə atmağa vaxtı yoxdur.

Hər şey bir anın içində baş verir: Hacıyev rəqib qapıçısının öz komanda yoldaşıyla toqquşmasından sonra önünə düşən «yuvarlaq meşin»i sakitcə boş «çərçivə»yə istiqamətləndirir.

Belə bir hadisə «Qaradağ»ın qapısı önündə yaşandı deyə, İnqilab özünə əl qatdı. Əksi olsaydı, qətiyyən bu cür davranmazdı.

Onun ilk dövrədə keçirilən «Difai» - «Qaradağ Lökbatan» matçında (0:1) birincilərin qapısına təyin etdiyi gülməli penaltini kim xatırlamır ki?

İnqilab o qarşılaşmada da xeyli təpgi çəkmiş, bununla belə, tərəfkeş libasını soyunmamışdı.

SPORTİNFO.AZ

H.Əliyev adına İmişli şəhər stadionu. 3800 tamaşaçı
Baş hakim: İnqiliab Məmmədov
Baş hakimin köməkçiləri: Rahil Ramazanov, Zöhrab Abbasov
Dördüncü hakim: Səbuhi Bayramov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Elçin Mehtiyev
Sarı vərəqələr: Elvin Yunuszadə, 34 (qeyri-idman hərəkəti); Gülağa Əsədov, 80 (hakimin qərarına etiraz); Xəzər Mahmudov, 90+5 (qeyri-idman hərəkəti); Həzrət İsayev, 90+9 (hakimin qərarına etiraz) // Mehdi Tahirov, 34 (qeyri-idman hərəkəti); Əmrah Zülfüqarlı, 90+1 (oyunun bərpasının ləngidilməsi); Novruz Məmmədov, 90+4 (hakimin qərarına etiraz)
Rəsmi şəxsə göstərilən sarı vərəqə: Ruhid Usubov (“İmişli”), 90+2 (hakimin qərarına etiraz)
Qol: yoxdur
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 8 dəq.

“İmişli”

13. Mehman Hacıyev
55. Elvin Yunuszadə
25. Elşən Abdullayev
(7. İbrahim Əliyev, 62)
42. Elnur Cəfərov
27. Ruslan Hacıyev
(91. Hiqor Borges, 77)
5. Nihad Tamazov (k)
(86. Xəqani Sadıxov, 90+5)
9. Xəzər Mahmudov
23. Gilyerme Silva
44. Həzrət İsayev
30. Ezekiel Morqan
32. Rəhim Cəfərli

Ehtiyat oyunçular:

1. Mövlan Kərimov
29. Ayhan Arazlı
3. Nodar Məmmədov
11. Maqsud Ələkbərov
6. Nəbi Məmmədov
8. Tolqar Yaqubov
14. Xəyyam Hüseynov
17. Gülağa Əsədov
Baş məşqçi: Əsgər Abdullayev

“Qaradağ Lökbatan”

25. Əmrah Zülfüqarlı
77. Sərxan Abdullayev
8. Urfan İsmayılov (k)
5. Murad Qayalı
6. Xəyal Tomarov
9. Xəlil Bəşirov
(17. Kənan Cəfərov, 90+8)
11. Seyxan Fərəcov
(47. Josef Akyam, 68)
15. Mehdi Tahirov
4. Asif Məmmədov
3. Rəşad Həsənov
19. Rayan Quibero
(22. Mikel Badejo, 72)

Ehtiyat oyunçular:

90. Məhəmməd Qurbanov
21. Novruz Məmmədov
44. Odri Yola
88. Tunar Mütəlimov
33. Fərid Mahmudov
27. Mircamal Əlizadə
Baş məşqçi: Azər Həşimov

Başverənlərə aşağıdakı linkdə baxa bilərsiniz:

Digər Xəbərlər
Xəbər Lenti