“Adam dəli ola bilər, hamı səni yuxarıdan aşağı salmağa çalışır“

2 İyul 2020 16:14 Digər növlər 612
“Adam dəli ola bilər, hamı səni yuxarıdan aşağı salmağa çalışır“

Deontey Uaylderin qardaşı Marsello Tayson Fyuriyə qarşı ağır ittiham irəli sürüb.

Sportinfo.az xəbər verir ki, Marsello Fyurinin qardaşı ilə döyüşə çıxarkən əlcəyinin içinə küt alət qoyduğunu iddia edib.

O, bu barədə həkim rəyini də aldıqlarını vurğulayıb: "Adam dəli ola bilər, amma həqiqətdir. Nə vaxt yüksəkliyə qalxırsan, hamı səni ordan aşağı salmağa çalışır.

Daha dəhşətlisi odur ki, sən öz komanda olanlardan da kimsə ya paxıllıqdan, ya da pul müqabilində bunun üçün rəqibə kömək edir. Doktor rəy verib ki, son döyüşdən sonra qardaşımın başında yaranan zədə küt alətlə vurulub. Bunu boks əlcəyi, yumruqla etmək mümkün deyil”.

Fyurinin də cavabı gecikməyib: “Bu ittihamı indicə oxudum. Guya mənim əlcəyimdə küt alət olub. Bəli, əlcəyimdə hər birinin ağırlığı 3 kq olan küt alətlər var. Əgər belə küt alətlə yaxşı zərbə vursan hər şey ola bilər”.

Fyuri ilə Uaylder arasındakı ilk qarşılaşma 2018-ci ilin dekabrında keçirilib və heç-heçə yekunlaşıb. İkinci görüş isə bu ilin fevralında baş tutub və Fyurinin qələbəsi ilə başa çatıb.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!