Mükafatlardan biri qızıl, üçü gümüş, ikisi bürüncdür - Bədii gimnastların

03:20 Digər növlər 60
Mükafatlardan biri qızıl, üçü gümüş, ikisi bürüncdür - Bədii gimnastların

Azərbaycan təmsilçiləri Bakıda keçirilmiş bədii gimnastika üzrə "AGF Trophy" beynəlxalq turnirini altı medalla başa vurublar.

Sportinfo.az xəbər verir ki, mükafatlardan biri qızıl, üçü gümüş, ikisi bürünc əyarlıdır.

Gövhər İbrahimova lentlə bürünc mükafata sahib çıxıb. O, həmçinin halqa ilə hərəkətlərdə üçüncü yeri tutub.

Fidan Qurbanlı topla gümüş medal qazanıb.

Azadə Atakişiyeva lentlə hərəkətlərdə qızıl medal qazanıb. O, həmçinin topla hərəkətlərin icrasında ikinci olub.

Azərbaycan gimnastları ötən gün də komanda hesabında gümüş medala yiyələniblər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti