Lamiyə qapalı məkandakı DÇ-da uğursuz çıxış etdi

25 Mart 02:50 Digər növlər 479
Lamiyə qapalı məkandakı DÇ-da uğursuz çıxış etdi

Atletikanın qaçış növü üzrə ikiqat paralimpiya və dördqat dünya çempionu Lamiyə Vəliyeva sağlamların Polşanın Torun şəhərində keçirilən qapalı məkanda dünya çempionatında uğursuz çıxış edib.

Sportinfo.az xəbər verir ki, 23 yaşlı idmançı yarımfinala da çıxa bilməyib.

O, 60 metr məsafəyə qaçışda gücünü sınayıb. Lamiyə finişə 7.65 saniyəyə gəlməklə 8 idmançı arasında sonuncu olub.

5-ci qrupdan yarımfinala vəsiqəni isə Dina Eyşer-Smit (Böyük Britaniya), Ana Azevedo (Braziliya) və Zo Hobs (Yeni Zelandiya) qazanıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti