Sadıxov qərarını dəyişdi: “Mümkün qədər tez qayıtmağa çalışacam”

08:30 Digər növlər 94
Sadıxov qərarını dəyişdi: “Mümkün qədər tez qayıtmağa çalışacam”

Azərbaycanlı MMA döyüşçüsü Nazim Sadıxov UFC 327 turnirindən çəkilib.

Sportinfo.az xəbər verir ki, o, bu barədə “Instagram” hesabında məlumat yayıb.

Sadıxov buna səbəb kimi zədəsini göstərib:

“Dostlar, UFC 327-dən çəkildim. Zədələnmişəm, hazırda bərpa prosesi keçirəm.

Mümkün qədər tez qayıtmağa çalışacağam. Hamınıza təşəkkür edirəm, tezliklə görüşənədək”.

Nazim Sadıxov aprelin 11-də ABŞ-nin Mayami şəhərində keçirilməsi planlaşdırılan UFC 327 turnirində Markel Mederoşla qarşılaşmalı idi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 Mart 02:50 Kim, harada, nə vaxt?