Ulduzlar Bakıya axışacaq

02:50 Digər növlər 67
Ulduzlar Bakıya axışacaq

Azərbaycanın paytaxtı növbəti dəfə möhtəşəm idman bayramına ev sahibliyi etməyə hazırlaşır. 17-19 aprel 2026-cı il tarixlərində Milli Gimnastika Arenasında bədii gimnastika üzrə FIG Dünya kuboku keçiriləcək.

Sportinfo.az xəbər verir ki, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Gimnastika Federasiyasının birgə təşkil etdiyi bu turnirdə dünyanın müxtəlif ölkələrindən gələn ən istedadlı gimnastlar fərdi proqramda və qrup hərəkətlərində öz məharətlərini nümayiş etdirəcəklər.

Yarışın əsas mükafatlarından biri olan “AGF Trophy” kuboku ən yüksək icra xalı toplamış gimnastlara və komandalara təqdim olunacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 Mart 02:50 Kim, harada, nə vaxt?