Bakıda "Formula 2" üzrə Azərbaycan Qran-prisində sıralama turu başa çatıb.
Sportinfo.az xəbər verir ki, "Hitech Grand Prix" komandasından Yuri Vips ən yaxşı nəticəni göstərib.
"Dams" komandasından Ayumu İvasanın bolidi sıralama turunda qoruyucu səddə çırpılıb.
Nəticədə qırmızı bayraq qaldırılıb. İsava yarışı davam etdirə bilməyib.

