"Azərbaycanda yenidən sükan arxasına keçməyə hazıram"

10 İyun 2022 01:10 Digər növlər 1 657
"Azərbaycanda yenidən sükan arxasına keçməyə hazıram"

"Bakıya qayıtmaq çox gözəldir".

Sportinfo.az xəbər verir ki, bunu "Formula 1" üzrə dünya çempionatında çıxış edən "Aston Martin" komandasının pilotu Sebastyan Fettel Azərbaycan Qran-prisi barədə danışarkən deyib.

35 yaşlı sürücü ötən il Bakıdakı yarışda ikinci yeri tutaraq hazırkı komandasında ilk dəfə podiumda yer aldığını xatırladıb:

"Ona görə də bu, mənim üçün çox xüsusi mərhələdir. Sürətli və düz döngələri birləşdirən trasda yeni nəsil avtomobillərin necə çıxış etmələri maraqlı olacaq. İstənilən halda, Azərbaycanda yenidən sükan arxasına keçməyə hazıram".

"Aston Martin"in digər pilotu Lans Stroll da yarışa hazır olduğunu vurğulayıb:

"Komandamın uğurlarına baxmayaraq, ötən il Bakı mərhələsi mənim üçün çətin alınmışdı. Düzünə sürətli və ləng dövrələrin cəmi bolidlərin köklənməsində kompromis axtarmağa vadar edir.

Amma buna tamaşa etmək maraqlıdır. Görək, bu həftəsonu hansı nəticələr əldə edəcəyik".

Azərbaycan Qran-prisi 10 - 12 iyunda keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti