"Bu, gözəl və çox unikal trasdır. Uzun, düz və yavaş döngələrə malikdir. Bakıdakı yarışı səbrsizliklə gözləyirəm".
Sportinfo.az xəbər verir ki, bunu "Haas" komandasının pilotu Kevin Maqnussen Azərbaycan Qran-prisi ilə bağlı danışarkən deyib.
Bolidində "Ferrari" mühərriki olan 30 yaşlı sürücü uzun və düz trasda az problem yaşayacağını bildirib: "Mühərrikin gücü çox vacibdir və bizim yaxşı mühərrikimiz var".
Danimarkalı pilotun fikrincə, Bakıda həmişə yarış vaxtı çoxlu hərəkətlilik olur:
"Sarı bayraqların qaldırılması və ya avtomobillərin təhlükəsizliyi ilə bağlı risklər böyükdür. Hər zaman elə görünür ki, Bakıda adi yürüşlərdən daha böyük imkanlar var".
Azərbaycan Qran-prisi 10 - 12 iyunda keçiriləcək.

