İtaliyadan Azərbaycana 1 qızıl və 1 gümüş gətirdilər - Gimnastlarımız

6 İyun 2022 18:40 Digər növlər 667
İtaliyadan Azərbaycana 1 qızıl və 1 gümüş gətirdilər - Gimnastlarımız

İtaliyanın Rimini şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Avropa çempionatı davam edir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan idmançıları yarışda daha iki medal qazanıb.

Fərdi növdə çıxış edən batutçumuz Maqsud Mahsudov gənclər arasında qızıl medala sahib çıxıb.

Böyüklər arasında tamblinq yarışlarında mübarizə aparan Mixail Malkin isə qitə çempionatının gümüş mükafatçısı olub.

Daha əvvəl Maqsud Mahsudov və Hüseyn Abbasov yeniyetmələr arasında sinxron proqramda qızıl, böyüklərdən ibarət tamblinq "üçlüy"ümüz isə komanda yarışında bürünc medal qazanıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti