Azərbaycanda 3 ildən sonra... Avtoqraf sessiyası olacaq

31 May 2022 03:00 Digər növlər 838
Azərbaycanda 3 ildən sonra... Avtoqraf sessiyası olacaq

Gələn ay Bakıda keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran-prisində üç illik fasilədən sonra avtoqraf sessiyası olacaq.

Sportinfo.az xəbər verir ki, avtoidman həvəskarları yarış həftəsi, şənbə günü pilotlarla görüşmək imkanı qazanacaqlar.

Üçüncü sərbəst yürüşdən əvvəl nəzərdə tutulan avtoqraf sessiyasında fanatlar sürücülərlə görüşmək, xatirə şəkli çəkdirmək və xüsusi imzalı kartları özləri ilə götürmək imkanı əldə edəcəklər.

Bilet sahibləri avtoqraf sessiyalarında iştirak üçün Azarkeş Zonasına tez gəlməlidirlər. Bu il bilet sahibləri “Pit” zolağında da gəzə biləcək.

“Pit” zolağı gəzintisi iyunun 9-da nəzərdə tutulub. Yalnız üç günlük bileti olan tamaşaçılar bu imkandan yararlanacaq.

Cari mövsüm "Formula 1" üzrə Azərbaycan Qran-prisi 10 - 12 iyunda keçiriləcək. Bakıdakı yarış 2020-ci ildə koronavirus pandemiyasına görə ləğv olunub, 2021-ci ildə isə azarkeşsiz gerçəkləşib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti