"Formula 1" üzrə Azərbaycan Qran Prisinə hazırlıq işləri ilə əlaqədar Bakıda Azadlıq - Neftçilər prospektinin kəsişməsi yarış bitənədək nəqliyyatın hərəkəti üçün bağlı olacaq.
Sportinfo.az xəbər verir ki, bu, yarışa hazırlıq zamanı yollarda quraşdırma işləri ilə əlaqədardır.
Sürücülərdən Zərifə Əliyeva küçəsini alternativ yol olaraq istifadə etmələri xahiş olunur. BŞH sürücülərə anlayışlarına görə təşəkkür edir.
Azərbaycan Qran-prisi 10 - 12 iyunda keçiriləcək.

