Qarabağ qazisi İsveçrə Qran-prisində qızıl medal qazandı

28 May 2022 22:00 Digər növlər 544
Qarabağ qazisi İsveçrə Qran-prisində qızıl medal qazandı

Azərbaycan para-atleti Rasim Yaxin İsveçrənin Nottvil şəhərində keçirilən Qran-pridə qızıl medal qazanıb.

Sportinfo.az xəbər verir ki, nüvə itələmə növündə (F46) 11.71 metr nəticə göstərən idmançı fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Rasim Yaxin 44 günlük Vətən müharibəsinin də iştirakçısı olub.

Daxili Qoşunların Xüsusi təyinatlı qüvvələrinin tərkibində Murov, Cəbrayıl, Füzuli, Xocavənd və Şuşa uğrunda döyüşlərdə iştirak edib. Şuşa uğrunda gedən hərbi əməliyyatlarda yaralanıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti