“Atletiko”nun prezidenti Enrike Serezo komandaya baş məşqçi Dieqo Simeonenin rəhbərliyi altında UEFA Çempionlar Liqasını qazanmaq üçün real şans verildiyinə inandığını açıqlayıb.
Sportinfo.az AS-a istinadən xəbər verir ki, klub rəhbəri Çempionlar Liqasını qazanmağın hər bir iştirakçı üçün olduqca çətin olduğunu bildirib:
“Hazırkı heyət və baş məşqçinin işi “Atletiko”ya uğur üçün ciddi ümid verir. Hansısa bir komandanın Çempionlar Liqasını qazanması inanılmaz dərəcədə çətindir.
Amma mən əminəm ki, biz bunu bacaracağıq. Simeone və bu heyətlə bunu reallaşdıra bilərik, mən nikbinəm.
Niyə biz Çempionlar Liqasını qazana bilməyək?”
“Atletiko” cari mövsümdə Çempionlar Liqasında 6 oyunda 4 qələbə qazanıb, 2 dəfə isə məğlub olub. Komanda 12 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

