"Mən komandanı təhvil alanda səkkizinci idik. İndi ilk dördlük uğrunda yarışdayıq"

12:00 İngiltərə 130
"Mən komandanı təhvil alanda səkkizinci idik. İndi ilk dördlük uğrunda yarışdayıq"

“Çelsi”nin baş məşqçisi Liam Rosenyor təyinatından sonra komandanın irəliləyişini yüksək qiymətləndirib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli çalışdırıcı hər oyuna fərdi yanaşdığını bildirib:

“Əvvəla, mən hər oyuna fərdi yanaşıram. Bunu sizə artıq demişəm. Premyer Liqada hər həftə çox çətindir.

Heç bir oyunu digərindən daha çətin hesab etmirəm. Təkmilləşdirilə bilən fərqli taktiki aspektlər var.

Komandadan və işimizə necə başladığımızdan çox məmnunam. On iki oyunumuzun səkkizində qalib gəldik – bu, pis deyil. Baxmayaraq ki, on iki oyundan onunda qələbə olmalı idi.

İstəyirəm ki, oyunçular həm fiziki, həm də zehni cəhətdən mümkün qədər təravətli olsunlar. Bu həftə məşqlərdə çox yaxşı görünürdülər. İşimizdə sakit və ardıcıl qalmalıyıq.

Klubumuz UEFA Çempionlar Liqasında olmalıdır. Biz Çempionlar Liqası səviyyəli klubuq. Mən komandanı təhvil alanda səkkizinci idik. İndi ilk dördlük uğrunda yarışdayıq”.

41 yaşlı mütəxəssis “Çelsi”yə bu ilin yanvarından rəhbərlik edir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
1 Mart 22:20 ETOPAZ 14 yaşında