“Bu, çox ciddi problemdir - Hazırkı vəziyyətdə bir qədər ironik görünür”

00:10 İngiltərə 84
“Bu, çox ciddi problemdir - Hazırkı vəziyyətdə bir qədər ironik görünür”

“Tottenhem”in sabiq qapıçısı Co Hart komandanın hazırkı durumunu ciddi problem kimi qiymətləndirib və aşağı liqaya düşmə təhlükəsi ilə üzləşə biləcəyini deyib.

Sportinfo.az “BBC Sport”-a istinadən xəbər verir ki, sabiq qapıçı, Premyer Liqada nəticələrin klub üçün narahatedici səviyyədə olduğunu vurğulayıb:

“28 oyundan sonra 29 xal – bu, çox ciddi problemdir. Komanda UEFA Çempionlar Liqasında çıxış etsə də, əsas diqqəti çempionata yönəltməlidir.

Hazırkı vəziyyətdə bir qədər ironik görünür. Sadəcə, xal toplamaq lazımdır”.

“Tottenhem” hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 16-cı pillədə qərarlaşıb. London klubu ötən mövsümü də təhlükəli zonanın bir addımlığında – 17-ci sırada başa vurmuşdu.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti