“Qarabağ”da çox sayda keyfiyyətli legioner var, diqqətli olmalıyıq” - Antonio Konte

“Qarabağ”da çox sayda keyfiyyətli legioner var, diqqətli olmalıyıq” - Antonio Konte

“Napoli” Çempionlar Liqası Liqa mərhələsinin 5-ci turu çərçivəsində doğma meydanda "Qarabağ"ı qəbul edəcək.

Sportinfo.az xəbər verir ki, İtaliya çempionunun baş məşqçisi Antonio Konte Azərbaycan təmsilçisinə qarşı diqqətli olmağın vacibliyini bildirib:

“Biz qarşılaşmaya lazımi enerji ilə gəlirik. Çünki şənbə günü “Atalanta” ilə oyunda qələbə qazandıq.

Qiymətləndirmələr apardıqdan sonra heyətlə bağlı qərar verəcəm. Nəzarət edə bildiyim dəyərləndirmələr var.

Bir də nəzarət edə bilmədiklərim, məsələn, zədələr. Amma döyüşməyə hazırıq. Sabah Maradonanın vəfatının ildönümüdür.

Onun Neapol üçün nə ifadə etdiyini hamımız bilirik. Qələbəni ona həsr etmək gözəl olardı.

“Qarabağ”ın 7 xalı var. Onlar “Çelsi”ni də məğlub etmək üzrə idilər.

Komandada çox sayda keyfiyyətli legionerlər var. “Qarabağ”a qarşı diqqətli olmalıyıq. Hər bir baxımdan böyük oyun sərgiləmək lazım olacaq”.

“Napoli” – “Qarabağ” qarşılaşması Bakı vaxtı ilə 00:00-da start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti
24 Noyabr 08:50 Bu liqada TƏYİNATLAR