“O, hər şeyi düzgün edir, gözəl məşqçi və insandır”

1 Oktyabr 2024 21:40 Çempionlar Liqası 514
“O, hər şeyi düzgün edir, gözəl məşqçi və insandır”

PSJ-nin baş məşqçisi Luis Enrike “Arsenal”ın çalışdırıcısı Mikel Arteta haqda fikirlərini bölüşüb. Bu komandalar UEFA Çempionlar Liqasının 2-ci turunda üz-üzə gələcək.

Sportinfo.az Paris klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis, Artetanın “Arsenal”ı böyük klub statusuna qaytara bildiyini söyləyib:

“Arteta indi futbolun ən güclü məşqçilərindən biridir. O, “Arsenal”ı böyük klub statusuna qaytara bilib.

Onlar kuboklar qazanmağa qadirdirlər. Arteta beş ildir ki, London komandası ilə işləyir.

Düşünürəm ki, o, hər şeyi düzgün edir. O, gözəl məşqçi və insandır. Onunla görüşməkdən məmnun olacam”.

Oktyabrın 1-də Londonda Çempionlar Liqasının “Arsenal” – PSJ matçı keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
27 Sentyabr 20:00 Çək və bizə göndər!
27 Sentyabr 19:50 "Sportinfo TV”də GÜNDƏM
27 Sentyabr 09:50 Bizi qorxutmaq istədi?