“Barselona” İtaliyada “Napoli”nin qonağı olacaq – ÇL-də BU GÜN

21 Fevral 2024 18:20 Çempionlar Liqası 413
“Barselona” İtaliyada “Napoli”nin qonağı olacaq – ÇL-də BU GÜN

Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində bu gün son iki görüş keçiriləcək.

Sportinfo.az xəbər verir ki, qarşılaşmalar Portuqaliya və İtaliyada baş tutacaq.

“Portu” doğma meydanda “Arsenal”ı qəbul edəcək. “Barselona” isə İtaliyada “Napoli”nin qonağı olacaq.

Bu cütlərdə cavab oyunları martın 12-də keçiriləcək.

21 fevral

00:00. “Portu” (Portuqaliya) – “Arsenal” (İngiltərə)
Baş hakim: Sərdar Gözübüyük (Niderland).
Portu, “Draqau” stadionu.

00:00. “Napoli” (İtaliya) – “Barselona” (İspaniya)
Baş hakim: Feliks Zvayer (Almaniya).
Neapol, “Dieqo Maradona” stadionu.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti