40 milyon avroluq yeni transfer iştirak ərizəsinə salınmadı

12 Sentyabr 2023 18:20 Çempionlar Liqası 375
40 milyon avroluq yeni transfer iştirak ərizəsinə salınmadı

“Arsenal” Çempionlar Liqasının qrup mərhələsinin matçları üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.

Sportinfo.az xəbər verir ki, siyahıda London təmsilçisinin yeni transferi Yurrien Timber yer almayıb.

Bonuslar da daxil olmaqla “Ayaks”dan 40 milyon avroya transfer edilən 22 yaşlı oyunçu zədə səbəbindən iştirak ərizəsinə daxil edilməyib:

Qapıçılar: Aaron Ramsdeyl, Devid Rayya, Ceyms Xillson;

Müdafiəçilər: Sedrik Soareş, Lino Souza, Takexiro Tomiyasu, Aleksander Zinçenko, Ben Uayt, Qabriel, Yaqub Kiver, Vilyam Saliba;

Yarımmüdafiəçilər: Məhəmməd El-Neni, Jorjinyo, Tomas Parti, Deklan Rays, Martin Odeqard, Kay Haverts, Fabio Vieyra, Emil Smit-Rou;

Hücumçular: Leandro Trossard, Bukayo Saka, Qabriel Martinelli, Reyss Nelson, Eduard Nketia, Qabriel Jesus.

“Arsenal” Çempionlar Liqasında “Sevilya” (İspaniya), PSV (Niderland) və “Lans”la (Fransa) birlikdə B qrupunda yer alıb.

Digər Xəbərlər
Xəbər Lenti