“Onlar istəmədilər ki, biz finala çıxaq” – “Barselona”nın gənc ulduzu

8 May 21:40 Çempionlar Liqası 105
“Onlar istəmədilər ki, biz finala çıxaq” – “Barselona”nın gənc ulduzu

“Barselona”nın yarımmüdafiəçisi Qavi komandasının Çempionlar Liqasının yarımfinalında “İnter”ə əlavə vaxtda 3:4 hesabı ilə uduzaraq turnirdən kənarlaşdırılmasına münasibət bildirib. İlk oyun 3:3 hesabı ilə başa çatmışdı.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçunun fikrincə, “Barselona”nın finala çıxmasına mane olublar:

“Bu, çox çətindir, xüsusən də, necə yaxın olduğumuzu bildikdə. Onlar istəmədilər ki, biz finala çıxaq, bizim keçirdiyimiz mövsümü nəzərə alaraq, bizi qorxutmuşdular.

Çempionlar Liqasını neçə ildir qazana bilməməyimiz önəmli deyil. Bilirəm ki, bu çox çətindir və hər il qələbə qazanmaq istəyirik.

Amma əminəm ki, onu qazanacağıq. Mən bunun baş verəcəyini bilirəm.

İndi nə qədər əsəbi oluruq-olaq, bu mövsümü üç kubokla bitirə bilərik.

Bu, böyük bir mövsümdür, bu məğlubiyyətə baxmayaraq. Gəlin, bazar günü meydana çıxaq və qazanaq”.

“Barselona” növbəti oyunda La Liqa çərçivəsində evdə “Real”la qarşılaşacaq. Komanda hazırda madridliləri 4 xal qabaqlayaraq turnir cədvəlinə başçılıq edir.

Digər Xəbərlər
Xəbər Lenti