Çempionlar Liqasında tarix yazan “Zirə”dən VİDEO+FOTOLAR

11 Sentyabr 2023 02:10 Çempionlar Liqası 434
Çempionlar Liqasında tarix yazan “Zirə”dən VİDEO+FOTOLAR

Minifutbol üzrə “Zirə” komandası Rumıniyanın Oradea şəhərində keçirilən Çempionlar Liqasında üçüncü yeri tutub.

Sportinfo.az xəbər verir ki, Azərbaycan təmsilçisi bürünc medal uğrunda görüşdən qalib ayrılıb.

“Zirə” yerli AEK klubunu üstələyib. Komandamız turnirin ötənilki qalibi AEK-i 5:1 hesabı ilə məğlub edib.

Azərbaycanın Çempionlar Liqasındakı digər komandası “Birbaşa Bakı” 1/4 finalda məhz AEK-ə uduzaraq, mübarizəni dayandırmışdı.

Digər Xəbərlər
Xəbər Lenti