PSV-nin ulduzu "Qarabağ"ın hücumçusu qədər deyil

1 Sentyabr 2023 07:30 Çempionlar Liqası 1 280
PSV-nin ulduzu "Qarabağ"ın hücumçusu qədər deyil

"Qarabağ"ın forvardı Redon Cica Çempionlar Liqasının təsnifat mərhələsində bombardirlər siyahısında yerini qoruyub.

Qol.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Aıbaniyalı hücumçu 5 qolla 3-cü yerdədir.

O, 1-ci təsnifat mərhələsində "Linkoln"la (Cəbəllütariq) görüşlərdə 2, 3-cü mərhələdə "Rakov"la (Polşa) oyunlarda isə 3 dəfə rəqib qapılarına yol tapb.

Farer adalarının "Klaksvik" komandasından Arni Frederiksberq 6 qolla bombardirlər siyasınında birincidir. Frantsi Pıero ("Makkabi" Hayfa) 5 qolla ikincidir.

PSV-dən Lyuk De Yonq da 5 qol vurub. O, siyahıda 4-cüdür. İslandiya "Breydablik"indən Hösküldür Günleqsson isə 4 qolla beşincidir.

Digər Xəbərlər
Xəbər Lenti