.jpg)
"Birbaşa Bakı" minifutbol üzrə Çempionlar Liqasında üçüncü oyununu keçirib.
Sportinfo.az xəbər verir ki, təmsilçimiz Albaniyanın "Prestij" kollektivi ilə üz-üzə gəlib.
Qarşılaşma "Birbaşa Bakı"nın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Xallarının sayını 9-a çatdıran Azərbaycan komandası qrup lideri kimi 1/8 finala vəsiqə qazanıb. Bu raundun görüşləri sabah olacaq.
"Birbaşa Bakı" daha əvvəl Moldovanın "Volta" klubuna 4:1, Yunanıstan çempionu "Maqufana"ya 3:1 hesabı ilə qalib gəlib.