
Minifutbol üzrə Çempionlar Liqasında mübarizə aparan “Zirə” tarixi uğura imza atıb.
Sportinfo.az xəbər verir ki, Azərbaycan təmsilçisi turnirin 1/4 final mərhələsində İngiltərənin ABC Sokker” komandasına 5:0 hesabı ilə qalib gələrək yarımfinala vəsiqə qazanıb.
Bu mərhələdə mübarizə aparan ilk Azərbaycan klubunun növbəti rəqibi Monteneqronun “Saborno Xrama” kollektividir.
Qeyd edək ki, daha əvvəl "Birbaşa Bakı" 1/4 finalda məğlub olaraq mübarizəni dayandırıb.
"Zirə" - ABC "Sokker" - 5:0
Qollar: Mirkamil Əliyev, 3, Taleh Babayev, 8, Rəvan Kərimov, 9, Bəxtiyar Sultanov, 10, Pərviz Qaraxanov, 39