
"Ötən mövsüm keçmiş komandamda bütün görüşlərdə hücumçu mövqeyində çıxış edirdim".
Sportinfo.az xəbər verir ki, bu sözlər "Bursaspor"un vingeri Namiq Ələskərov deyib.
Mövsümün əvvəlində "Neftçi"ni Türkiyənin I Liqa klubuna dəyişən millinin üzvü karyerası ərzində əsasən sağ cinahda oynadığını diqqətə çatdırıb:
"Seçim etmək çətindir, amma özümü hücumda daha rahat hiss edirəm".