"Mahir sürətli və güclüdür, start heyətində oynamaq üçün Pexartla yarışır”

30 Noyabr 2021 23:20 Bizimkilər 515
"Mahir sürətli və güclüdür, start heyətində oynamaq üçün Pexartla yarışır”

"Hazırda Emreli və Pexart meydana start heyətində çıxmaq üçün bir-biri ilə yarışır.

Məşqdə özünü yaxşı tərəfdən göstərən futbolçu daim oynayacaq".

Sportinfo.az xəbər verir ki,"bu fikirləri "Legiya"nın baş məşqçisi Marek Qolebiyevski komandanın hücum xəttindəki rəqabət barədə yerli mətbuata açıqlamasında deyib.

Mahir Emreli ilə Tomaş Pexartı müqayisə edən 41 yaşlı mütəxəssis azərbaycanlı futbolçunun fərqli keyfiyyətlərə malik olduğunu bildirib:

"Mahir sürətli və güclü oyunçudur. Pexart isə cərimə meydançasında hava topları zamanı yaxşı oynayır. Çexiyalı hücumçu tipik 9 nömrədir.

Ötən mövsüm 20 qol vurduğu üçün onunla tez-tez danışır, bunu unutmamalı olduğunu söyləyirəm. Təəssüf ki, hər zaman istədiyi topları ala bilmir.

Bəzən isə zərbələrdə dəqiqlik çatmır. Ümid edirəm ki, hər ikisi qarşıdakı matçlarda tilsimi qıracaq".

Mahir Emreli cari mövsüm "Legiya"nın heyətində 10 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti