Nuriyev eks komandasına qol vurdu: Ukraynada Azərbaycan dueli - VİDEO

24 Noyabr 2021 22:20 Bizimkilər 810
Nuriyev eks komandasına qol vurdu: Ukraynada Azərbaycan dueli - VİDEO

Ukrayna Premyer Liqasında Azərbaycan dueli baş tutub.

III turdan təxirə salınmış görüşdə Rüstəm Əhmədzadənin çıxış etdiyi "Minay" Anatoli Nuriyevin formasını geyindiyi "Kolos"u qəbul edib.

Qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb. Matçda hesabı 50-ci dəqiqədə meydan sahiblərindən Denis Knış açıb.

Qonaq komandanın bərabərlik qoluna isə Nuriyev imza atıb. 25 yaşlı futbolçu 90-cı dəqiqədə cərimə zərbəsindən fərqlənərək, sabiq klubunun qələbə qazanmasına mane olub.

Meydana start heyətində çıxan Əhmədzadə 82-ci dəqiqədə əvəzlənib. Nuriyev isə oyuna fasilədən sonra daxil olub. Hər iki hücumçu Azərbaycan millisinin üzvüdür.

Hazırda 15 xalı olan "Kolos" 10-cu, 10 xalı olan "Minay" isə 14-cü pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti