Ayaz qələbəyə sevindi, amma...

20 Sentyabr 2021 23:40 Bizimkilər 1 622
Ayaz qələbəyə sevindi, amma...

Rusiya Premyer Liqasında 8-ci turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi “Arsenal” (Tula) səfərdə “Nijni Novqorod”la qarşılaşıb.

Ayazın komandası bu oyundan 3:2 hesablı qələbə ilə ayrılıb.

Amma zədəli olan Quliyev bu görüşdə meydana çıxmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə daxil edilməyib.

“Arsenal” geridə qalan 8 turda 8 xal toplayıb və 16 kollektiv arasında 13-cüdür.

Digər Xəbərlər
Xəbər Lenti