Mahir çexin "çörəyinə yağ sürtüb": "Artıq məndən başqa o da var"

26 İyul 2021 14:00 Bizimkilər 1 572
Mahir çexin "çörəyinə yağ sürtüb": "Artıq məndən başqa o da var"

"Avropa çempionatında Çexiya yığmasının heyətində olduğum üçün komandanın matçlarını çox izləyə bilmirdim.

Bunun üçün çalışdım, amma internet zəif olanda bu, elə də asan deyil".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Legiya"nın futbolçusu Tomaş Pekqart klubun rəsmi saytına müsahibəsində deyib.

AVRO-2020-dən sonra Varşava təmsilçisinin düşərgəsinə qoşulan 32 yaşlı hücumçu Azərbaycan millisinin üzvü Mahir Emreli haqqında da danışıb:

"Bilirdim ki, klub qol vura biləcək birini axtarır. Çünki əvvəllər bu məsuliyyət daha çox mənim üzərimdə idi.

Hücumda bir forvarda güvənməmək vacib idi. Bu, rəqiblərin işini daha da asanlaşdırır. Çünki hücumçunun qarşısını alırlar və beləliklə təhükəni əhəmiyyətli dərəcədə zərərləşdirirlər.

Mövsüm davam etdikcə daha çox çətinlik çəkirdim. Çünki həmişə 3-4 müdafiəçiyə qarşı oynayırdım. Yəqin indi də belə olacaq, amma artıq məndən başqa Mahir Emreli də var".

Pekqart Emrelinin "Legiya"ya keçidi üçün sevindiyini sözlərinə əlavə edib:

"Birlikdə çox təhlükəli ola bilərik. O, hələ gəncdir və futbol karyerasının başlanğıcındadır".

Digər Xəbərlər
Xəbər Lenti