COP29

"Mənim üçün əsas qələbə yox, bu qələbəni necə əldə etməyimizdir"

15 Aprel 03:00 Basketbol 694
"Mənim üçün əsas qələbə yox, bu qələbəni necə əldə etməyimizdir"

“Sabah”ın baş məşqçisi Rimas Kurtinaytis Azərbaycan Basketbol Liqasının 17-ci turunda “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.

Sportinfo.az xəbər verir ki, o, 93:73 hesabıyla qalib gəldikləri matçla bağlı bunları söyləyib:

“Bildiyiniz kimi, dizimdə problem yarandığından bir müddət həkim nəzarətində olmalı idim. Lakin indi hər şey yaxşıdır.

Bir neçə yaxşı məşq keçirdik. Mənim üçün əsas qələbə yox, bu qələbəni necə əldə etməyimizdir.

Komandanın oyununda sistem hiss olunurdu. Müdafiədə aqressiv, hücumda məhsuldar idik.

Artıq zədəlilərimiz də qayıdıb. Düşünürəm ki, pley-off da yaxşı şanslarımız var”.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"