"Neftçi" və "Sabah" basketbol komandası yaratmaq istəyir

17 May 2022 12:40 Basketbol 1 071
"Neftçi" və "Sabah" basketbol komandası yaratmaq istəyir

"Qeyri-adi bir şey baş verməsə Azərbaycan çempionatına oktyabrda başlamağı planlaşdırırıq".

Sportinfo.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Basketbol Federasiyasının (ABF) prezidenti Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, hazırda "Sabah" və "Neftçi" klubları çempionatda iştiraka maraqlı olduqlarını bildiriblər:

"İctimaiyyət də başa düşməlidir ki, bu, həm klublar, həm də federasiya üçün bu proses yenidir. Ortaq məxrəcə gəlmək lazımdır.

Bizim üçün əsas meyyar həm də ondan ibarətdir ki, bir-birindən fərqli komandalardan ibarət çempionat yaratmağı doğru hesab etmirik.

Klubların sayından danışarkən çempionatda MPD və "Xırdalan"ı da iştirak edə bilər. Bu, 4 klubun marağı var".

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”