Azərbaycan UEFA-nın “TOP-10-luğ”una daxil oldu

27 Sentyabr 2025 01:00 Azərbaycan Futbolu 1 191
Azərbaycan UEFA-nın “TOP-10-luğ”una daxil oldu

Sportinfo.az xəbər verir ki, Azərbaycan bu mövsüm UEFA-nın əmsallar reytinqində ən çox xal qazanan ölkələrin TOP-10-luğundadır.

2025/26 mövsümünə Avropa kuboklarına 4 komanda ("Qarabağ", "Sabah"", "Zirə", "Araz Naxçıvan") ilə qatılan ölkəmiz ümumən 4,375 əmsal toplayıb ki, bunun da böyük hissəsi "Qarabağ"ın payına düşür.

Bu nəticə ilə Azərbaycan hazırda siyahıda 10-cu pillədədir. İlk 2 yerdə isə müvafiq olaraq Danimarka (6,125 əmsal) və Portuqaliya (6,000) qərarlaşıb.

Bir mövsüm ərzində yekunda ən çox əmsal toplayan ilk 2 ölkənin komandası növbəti mövsüm UEFA Çempionlar Liqasında əlavə bir yer qazanır.

Son 5 mövsümün nəticəsinə əsasən isə Azərbaycan 21,500 əmsalla 55 milli assosiasiya arasında 25-ci yeri tutur.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var