AFFA rəsmisindən milli komanda ilə bağlı ÖNƏMLİ MESAJ

22 Sentyabr 2025 17:00 Azərbaycan Futbolu 2 258
AFFA rəsmisindən milli komanda ilə bağlı ÖNƏMLİ MESAJ

Premyer Liqanın 5-ci turunda "Sumqayıt" doğma meydanda "Neftçi"ni qonaq etdi.

"Ağ qaralar"ın 2:0 hesablı qələbəsi ilə başa çatan görüşü izləyənlər arasında AFFA-nın baş katibi Cahangir Fərəculayev də yer almışdı.

Təbii ki, bu məqamı fürsət bilib, federasiya rəsmisinə yaxınlaşdıq.

Ki, hazırda milli komandamızın boş qalan baş məşqçi postu ilə bağlı məlumat alaq.

Axı hazırda bütün futbol ictimaiyyətini bu məsələ çox düşündürür.

Nəzərə alaq ki, qarşıdan Fransa və Ukrayna ilə ağır oyunlar gəlir.

Cahangir bəy nəzakətlə müsahibə vermək istəmədiyini bildirdi.

Amma narahatlığımızı görüncə, qısaca "hər şey yaxşı olacaq" deməklə xoş gələcəyin mesajını vermiş oldu.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var