“Neftçi” rəhbərliyi ilə səmərəli görüş keçirdik, bizə tam dəstək göstərəcəklər”

19 Sentyabr 2025 02:00 Azərbaycan Futbolu 781
“Neftçi” rəhbərliyi ilə səmərəli görüş keçirdik, bizə tam dəstək göstərəcəklər”

"Azərbaycan Kubokunun final matçının tez keçirilməsi klubların pik formada olduqları vaxta təsadüf edəcək".

Sportinfo.az xəbər verir ki, bunu PFL-in texniki-idman direktoru Elgiz Abbasov deyib.

O, komandaların daha çox istirahət imkanı qazanacaqlarını vurğulayıb:

"İlk növbədə "Qarabağ"ın zəfərini vurğulamalıyıq. Klubun hər bir əməkdaşını təbrik edirik. Azərbaycan Kuboku 34 komandanın iştirakı ilə keçiriləcək

. Komandalar mərhələli şəkildə mübarizəyə qoşulacaqlar. Kubokun final oyunu Azərbaycan çempionatının bitməsinə 2 tur qalmış, mayın 13-də baş tutacaq.

Bunun səbəbi var. Oyun komandaların intensiv və pik formada olacaqları vaxta təsadüf edəcək.

Eyni zamanda milli komandaların oyunlarından öncə daha çox istirahət imkanı əldə edəcəklər".

PFL rəsmisi final matçının "Neftçi Arena"ya salınmasının səbəbini açıqlayıb:

"İnfrastruktur məsələlərini nəzərə alaraq final görüşünün "Neftçi Arena"da keçirilməsinə qərar verdik. Klub rəhbərliyi ilə səmərəli görüş keçirdik.

Bu məsələdə bizə tam dəstək göstərəcəklər. Stadion 9 minə yaxın azarkeş tutur. Üstəlik, bir sıra yenilənmə işləri də aparılıb".

Qeyd edək ki, Azərbaycan Kubokunda 34 komanda iştirak edəcək. 1/4 finala qədər qalib bir oyunun nəticəsinə əsasən müəyyənləşəcək. Daha sonra ev-səfər prinsipi tətbiq olunacaq.

Azərbaycan Kubokunun final matçı mayın 13-də "Neftçi Arena"da təşkil olunacaq.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var