“Köhlən atlar” Azərbaycanı nə qədər irəli apardı?

30 Avqust 2025 11:00 Azərbaycan Futbolu 956
“Köhlən atlar” Azərbaycanı nə qədər irəli apardı?

Azərbaycan UEFA reytinqində 2 pillə irəliləyib.

Sportinfo.az xəbər verir ki, bu, "Qarabağ"ın Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanması ilə mümkün olub.

"Köhlən atlar" pley-offda Macarıstan təmsilçisi "Ferentsvaroş"la iki oyunun nəticəsinə (3:1, 2:3) görə qitənin ən nüfuzlu klub turnirinin əsas mərhələsinə yüksəlməklə ölkənin əmsalını 21.000-ə çatdırıb. Bu da Azərbaycanın 26-cı pilləyə yüksəlməsinə səbəb olub.

25-ci pillədə Slovakiya (21.375), 27-ci yerdə isə Sloveniya (20.718) qərarlaşıb.

UEFA reytinqinə İngiltərə (95.005) başçılıq edir.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...