Azərbaycan “Qarabağ”ın hesabına sıçrayış etdi, Ukrayna və Sloveniyanı keçdik

29 Avqust 2025 02:30 Azərbaycan Futbolu 572
Azərbaycan “Qarabağ”ın hesabına sıçrayış etdi, Ukrayna və Sloveniyanı keçdik

Azərbaycan UEFA-nın əmsallar reytinqində mövqeyini gücləndirib.

Sportinfo.az xəbər verir ki, “Qarabağ”ın “Ferensaroş”u üstələyərək Çempionlar Liqasının Liqa mərhələsinə düşməsi sayəsində ölkəmiz daha 6 əmsal qazanıb.

Bu isə Azərbaycanın avrokuboklarda iştirakçı sayına uyğun olaraq 4-ə bölünüb.

Beləliklə, yekun nəticədə reytinqə 1,500 əmsal əlavə olunub. Bununla da əmsal ehtiyatını 21,000-a çatdıran Azərbaycan Ukrayna (19,850) və Sloveniyanı (20,468) geridə qoyaraq 28-ci yerdən 26-cı pilləyə yüksəlib.

Amma o da qeyd edilməlidir ki, Sloveniya və Ukrayna klubları avrokuboklarda (Avroliqa və Konfrans Liqası) mübarizəni davam etdirir.

Onların Liqa mərhələsinə yüksələcəyi halda Azərbaycan reytinqdə yenidən geri düşəcək (ən pis halda 28-ci pilləyə).

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 İyun 18:10 Çək və bizə göndər!