“Qarabağ” Azərbaycanın 11 klubuna böyük pullar qazandırdı!

28 Avqust 2025 19:20 Azərbaycan Futbolu 882
“Qarabağ” Azərbaycanın 11 klubuna böyük pullar qazandırdı!

“Qarabağ”ın Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanmasından fayda götürən təkcə Ağdam klubu özü olmayacaq.

Sportinfo.az xəbər verir ki, qitənin ali futbol qurumu ÇL-in əsas mərhələsinə düşən klubların təmsil etdiyi ölkələrin yarışda iştirak edə bilməyən digər komandalarına həmrəylik məqsədilə maddi yardım ayıracaq.

Konkret Azərbaycana gəlincə, Premyer Liqasında yarışan 12 klubdan 11-nin (“Qarabağ” istisna olmaqla) hər birinə ümumən 800 min avronun ödəniləcəyi gözlənilir.

Yardım iki mərhələdə klubların hesabına köçürüləcək: əvvəlcə 550 min, daha sonra 250 min avro (bugünkü məzənnə ilə 1 milyon 579 min manat). Lakin bu məbləğ son olmaya da bilər.

Məsələsə burasındadır ki, “Qarabağ” ÇL-in əsas mərhələsində uğurlu çıxış edərsə, həmin klublar üçün mükafat bir qədər də arta bilər.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...