"Qarabağ" Azərbaycanı Ukraynaya lap yaxınlaşdırdı

20 Avqust 2025 11:00 Azərbaycan Futbolu 879
"Qarabağ" Azərbaycanı Ukraynaya lap yaxınlaşdırdı

Azərbaycan UEFA reytinqində Ukraynaya yaxınlaşıb.

Sportinfo.az xəbər verir ki, bu, "Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda Macarıstanda "Ferentsvaroş"a qalib gəlməsi sayəsində mümkün olub.

"Köhlən atlar" ölkənin aktivinə daha 0,500 əmsal yazdırıb. Azərbaycan (19.500) 28-ci, Ukrayna (19,725) 27-ci pillədə qərarlaşıb. Bolqarıstan (18.375) 29-cu sıradadır.

Ukrayna və Bolqarıstanın avrokuboklarda üç, Azərbaycanın isə bir təmsilçisi qalıb.

"Qarabağ" səfərdə "Ferentsvaroş"u 3:1 hesabı ilə üstələyib. UEFA reytinqinə 94.839 əmsalla İngiltərə başçılıq edir.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...