Danışılmış oyunlarda adı keçən azərbaycanlı futbolçu ilə bağlı yeni qərar

4 İyun 2025 19:20 Azərbaycan Futbolu 986
Danışılmış oyunlarda adı keçən azərbaycanlı futbolçu ilə bağlı yeni qərar

AFFA "Mingəçevir"in futbolçusu Muxtar Nəzərlinin danışılmış oyunlarda iştirakına görə ömürlük futboldan uzaqlaşdırılması ilə bağlı etdiyi apellyasiya şikayəti haqda yekun qərarını açıqlayıb.

Sportinfo.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, AFFA-nın Apellyasiya Arbitraj Tribunalı qərarı qüvvədə saxlayıb. 22 yaşlı yarımmüdafiəçi üçün futbola aid hər hansı bir məşğuliyyəti qadağan olunub.

Muxtar Nəzərli ötən ilin sentyabrından "Mingəçevir"in formasını geyinirdi.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...