"Zirə" "Neftçi"yə qalib gəldi, "Qəbələ" "Qarabağ"la bərabər qaldı - YENİLƏNİB

8 Dekabr 2022 22:23 Azərbaycan Futbolu 1 009
"Zirə" "Neftçi"yə qalib gəldi, "Qəbələ" "Qarabağ"la bərabər qaldı - YENİLƏNİB

Bu gün Azərbaycan Kubokunda 1/4 final mərhələsinə start veriləcək.

Sportinfo.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

Günün birinci matçında "Neftçi" "Zirə"nin qonağı olacaq. Komandalar indiyədək ölkə kuboklarında 8 dəfə üz-üzə gəliblər.

Bunların 3-də "qartallar", 2-də "ağ-qaralar" qələbə qazanıb. 3 oyunda isə qalib müəyyənləşməyib. Topların nisbətində isə "Neftçi" üstündür - 8:6. Cavab qarşılaşması dekabrın 20-də baş tutacaq.

Digər görüşdə "Qarabağ" "Qəbələ"ni qəbul edəcək. Bölgə təmsilçiləri Azərbaycan Kubokunda 13 dəfə qarşılaşıblar.

Bunların 6-da "köhlən atlar", 2-də "qırmızı-qaralar" sevinən tərəf olub, 5 dueldə isə heç-heçə qeydə alınıb.

Ölkə çempionu topların nisbətində isə aşkar üstünlüyə malikdir - 22:9. Cavab matçı dekabrın 19-da Qəbələdə keçiriləcək.

1/4 final mərhələsinin digər iki oyunu dekabrın 9-da olacaq. "Kəpəz" "Turan Tovuz"u, "Səbail" isə "Sabah"ı qəbul edəcək.

8 dekabr

18:00. “Zirə” – “Neftçi” 1:0

Qollar: Rəhim Sadıxov, 54

Baş hakim: Rəvan Həmzəzadə
“Zirə”: 1. Mehdi Cənnətov, 18. Slavik Alxasov, 8. İlkin Muradov, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 2. Sertan Taşkın, 21. Hacıağa Hacılı, 23. Andriya Lukoviç, 14. Hamidu Keyta, 44. Dmitrios Çantakias, 5. Moiz Adileu
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 22. Nail Alışov, 15. Ruslan Abışov, 77. Mirsayib Abbasov, 91. Coşqun Diniyev, 13. Ramin Əhmədov, 9. Loris Broqno, 47. Mohamed Hamdaui, 17. Toni Qomes, 7. Filipe Paxtman
Baş məşqçi: Rəşad Sadıqov
“Neftçi”: 1. İvan Brkiç, 8. Emin Mahmudov (k), 14. Eddi İsrafilov, 19. Azər Salahlı, 26. Ömər Buludov, 6. Voyislav Stankoviç, 4. Solomon Kverkveliya, 5. Kenni Sayef, 23. Ataa Caber, 11. Qodsvey Donyo, 24. Yusuf Laval
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 2. Mert Çelik, 21. İsmayıl Zülfüqarlı, 20. Vüsal Əsgərov, 27. Fərid Yusifli, 51. David Orucov, 91. Ağadadaş Salyanskiy, 92. Ömər Qurbanov, 18. Vato Arveladze, 77. Yeqor Boqomolski, 16. Gilyerme Pato
Baş məşqçi: Laurentsiu Regekampf
Zirə İdman Kompleksinin stadionu

20:30. “Qarabağ” – “Qəbələ” 2:2

Qollar: Musa Qurbanlı, 56,82 - Emil Səfərov, 25, Omar Hani, 89

“Qarabağ”: 23. Luka Quqeşaşvili, 5. Maksim Medvedev (k), 55. Bədavi Hüseynov, 4. Rahil Məmmədov, 77. Ramil Şeydayev, 18. İsmayıl İbrahimli, 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 8. Marko Yankoviç, 11. Kvabena Ovusu, 6. Julio Romao

Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 89. Amin Ramazanov, 7. Riçard Almeyda, 2. Qara Qarayev, 30. Abbas Hüseynov, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 90. Nəriman Axundzadə, 10. Abdullah Zubir, 20. Kadi Borqes

“Qəbələ”: 13. Kristof Atanqana, 2. İlkin Qırtımov, 27. Məqsəd İsayev, 28. Murad Musayev (k), 77. Emil Səfərov, 91. Ramon Maçado, 4. Ruan Renato, 5. İsnik Alimi, 97. Felipe Santos, 6. Feras Abu Akal, 10. Omar Hani

Ehtiyat oyunçular: 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 34. Urfan Abbasov, 14. Ülvi İsgəndərov, 7. Rövlan Muradov, 33. Hüseyn Mürsəlov, 18. Mehrac Baxşalı, 8. Andrey Strijak

“Azersun Arena”

Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!
26 İyun 17:20 Gedənlər: Bu da 5…
26 İyun 16:20 Daha bir yeni müqavilə
26 İyun 04:00 Komandamız çempion oldu