COP29

"IPHONE 15"in qarışısında aciz qalan Premyer Liqa tribunası - FOTOLAR

29 Aprel 20:00 Azarkeş 713
"IPHONE 15"in qarışısında aciz qalan Premyer Liqa tribunası - FOTOLAR

Premyer Liqanın 32-ci turunda "Sabah" - "Səbail"i qonaq etdi.

Masazır təmsilçisi avrokuboklara vəsiqə uğurunda əsas rəqiblərindən olan "dənizçilər"lə qarşılaşmaya xüsusi hazırlaşmışdı.

Məsələn, meydan sahibləri hətta tribunalara daha çox azarkeşin təşrif buyurması üçün təşkil etdiyi lotereyada onlara "IPHONE 15" və digər qiymətli hədiyyələr belə təklif etmişdi.

Lakin bu kimi təqdirəlayiq addımlar da fanatların kütləvi halda "Bank Respublika Arena"nın yolunu tutmasına yardım etməyib.

"Tələbələr"in 2:0 qalib gəldiyi matçda tribunaların 4-dən 3 hissəsi demək olar ki, boş qaldı.

Oyunu isə 1700 tamaşaçı arenadan izlədi.

Nəzərə alanda ki, "Sabah"ın sıradan oyunlarına da ortalama 1000 nəfər gəlir, deməli, fərq elə də yüksək deyil.

Bu komandaların ikinci dövrədəki görüşünü "Bank Respublika Arena"dan 1100 tamaşaçı izləmişdi.

Görünən odur ki, hazırkı reallıqda "IPHONE 15" kimi dəyərli hədiyyə də futbolsevərləri tribunlara gətirməyə acizdir.

Amma klub tərəfindən atılan addımlar müsbət haldır.

Bu, azarkeşlərin oyunlara cəlb edilməsi üçün mütləqdir.

Bu gün 500-600 azarkeş fərqi ciddi görünməyə bilər.

Amma gələcək üçün böyük təkan olcağı şübhəsizdir.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti