Avroliqada III həftənin oyunçusu adına namizədlər

6 Noyabr 2020 15:40 Avropa Liqası 675
Avroliqada III həftənin oyunçusu adına namizədlər

Avropa Liqasının qrup mərhələsinin III turunun oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.

Sportinfo.az xəbər verir ki, siyahıda Yunanıstan PAOK-undan Andriya Jivkoviç, Almaniya "Bayer"indən Len Beyli, Çexiya "Sparta"sından Lukaş Yuliş və Fransanın "Lill" komandasından Yusuf Yazıcı yer alıb.

Jivkoviç Niderland PSV-si ilə matçda (4:1) 2 qol və bir məhsuldar ötürmə ilə yadda qalıb. Beyli İsraildə Beer-Şeva "Hapoel"i ilə görüşdə (4:2) dubl edib. Yuliş Şotlandiyada "Seltik"ə 4:1 hesabı ilə qalib gəldikləri oyunda, Yazıçı isə İtaliyada "Milan"ı 3 cavabsız qolla məğlub etdikləri qarşılaşmada het-trik müəllifi olub.

Qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasındakı səsvermədən sonra bəlli olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
31 Dekabr 2025 20:00 Çək və bizə göndər!
31 Dekabr 2025 14:50 "Sportinfo TV”də GÜNDƏM
31 Dekabr 2025 08:30 Bayram günlərinin PROQNOZU
31 Dekabr 2025 08:00 Yanvarda hava necə olacaq?
31 Dekabr 2025 07:30 Bu cərimələr artırılır