APOEL-in sabiq futbolçusu: "Qarabağ" göründüyü qədər möhtəşəm komanda deyil"

8 Noyabr 2019 14:20 Avropa Liqası 853
APOEL-in sabiq futbolçusu: "Qarabağ" göründüyü qədər möhtəşəm komanda deyil"

"Bu, növbəti mərhələ şanslarını saxlamaq baxımından böyük qalibiyyət oldu. Nəticə çox səy göstərdikdən sonra əldə olundu.

Matçın əksər hissəsində rəqib komandamızdan daha yaxşı idi. Əlbəttə, qapıçımız bizi 2-3 dəfə qoldan xilas etdi. Georgios Efrem və Nikolas İoannu bacarıqlarını xüsusi qeyd etməliyəm".

Sportinfo.az xəbər verir ki, bu fikirləri APOEL-in sabiq futbolçusu Takis Antonyu Avropa Liqasının qrup mərhələsinin IV turunda evdə “Qarabağ”ı 2:1 hesabı ilə məğlub etdikləri oyun barədə danışarkən deyib.

66 yaşlı sabiq müdafiəçi Ağdam təmsilçisinin çıxışına da toxunub:

"Görüşdə rəqib oyunçuların uğursuzları da oldu. Bəzi şeylər var ki, gizlətməməli və həqiqəti deməliyik. Komandamız düzgün müdafiə oluna bilmirdi. "Qarabağ" dünən göründüyü qədər möhtəşəm komanda deyil. Oyunun sonlarında APOEL daha intizamlı oynadı və dözümlü oldu".

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"