
Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi "Dinamo" (Zaqreb) bu gün Avropa Liqasında pley-off mərhələsinin oyununa çıxıb.
Sportinfo.az xəbər verir ki, Xorvatiya təmsilçisi Çexiya "Sparta"sını qəbul edib.
Görüş Zaqreb təmsilçisinin 3:1 hesablı əzmkar qələbəsi ilə başa çatıb.
Mahir də bu oyunun iştirakçısı olub. O, meydana 65-ci dəqiqədə Dario Şkipiçin əvəzinə çıxıb.
Komandalar arasındakı cavab oyunu avqustun 31-i keçiriləcək.
"Dinamo" (Zaqreb, Xorvatiya) - "Sparta" (Praqa, Çexiya) - 3:1
Qollar: Şkipiç, 44, Periç, 59, İvanuşeç, 61 - Kreyçi, 39-pen.