“Çox ağırdır, çox” - Bakıda məğlub tailandlı qızlar Ukrayna bayrağı rəngində bant taxdı

4 İyun 2022 22:40 Atıcılıq 659
“Çox ağırdır, çox” - Bakıda məğlub tailandlı qızlar Ukrayna bayrağı rəngində bant taxdı

Sporinfo.az xəbər verir ki, Bakıda atıcılıq üzrə davam edən Dünya Kuboku geniş auditoriya qazanıb.

Beynəlxalq Atıcılıq İdman Federasiyasının saytındakı canlı yayımın ötən 1 həftədə 80 min izləməsi olub.

Bundan əlavə, yarışlar peyk vasitəsilə dünyanın bir sıra ölkələrinin telekanallarında canlı yayımlanır.

İyunun 4-də 25 metr məsafəyə tapançadan atəş üzrə qadınlar arasında komanda yarışında Ukrayna komandası tailandlıları 17:11 hesabı ilə məğlub edərək qızıl medal qazanıb.

Final yarışına Ukraynanın bayrağı rənglərində bantla çıxan tailandlı qızların hərəkəti isə hər kəsi kövrəldib.

“Bakıda Ukraynanın himnini eşitmək hər nə qədər olsa da, mənim üçün bir o qədər ağır idi. Dövlətimin himni çalınanda vətənimdə yaşananlar gözlərimin qarşısına gəlir və qəribə hisslər keçirirəm.

Ən böyük arzum qələbə qazanıb himnimizin səslənməsinə nail olmaq idi. Azərbaycan xalqının Ukraynaya verdiyi dəstək bizim üçün çox önəmlidir. Ukraynaya indi çox ağırdır, çox” – ukraynalı Oksana Kovalçuk deyib.

Bu gün Ukrayna komandası növbəti medalını 50 metr məsafəyə tüfəngdən atəş üzrə qarışıq komanda yarışında qazanıb: hindistanlılara uduzan Ukrayna komandası gümüş medala sahib olub.

Digər Xəbərlər
Xəbər Lenti