Ermənilərdən növbəti iyrənclik: 10 noyabr sazişindən sonra, görün, nə ediblər - FOTOLAR

6 Fevral 2022 02:30 Araşdırma 1 006
Ermənilərdən növbəti iyrənclik: 10 noyabr sazişindən sonra, görün, nə ediblər - FOTOLAR

10 noyabr 2020-ci ildə bütün hərbi əməliyyatların tam dayandırılmasını özündə ehtiva edən üçtərəfli bəyanatın imzalanmasından sonra Laçın rayonunun işğaldan azad olunması üçün ayrılmış vaxtdan xaincəsinə yararlanan erməni işğalçı kontingenti Minkənd kənd qəbiristanlığını minalayıb.

Sportinfo.az İctimai Televiziyanın rəsmi "facebook" səhifəsinə istinadən xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələrinin mühəndis-istehkam bölmələrinin yüksək səviyyəli fəaliyyəti nəticəsində qəbiristanlıq ərazisindən Ermənistanda istehsal olunmuş 30-dan çox PMN (ПМН - противопехотная мина нажимная) - piyada əleyhinə mina və 1 "sürpriz" partlayıcı qurğu aşkarlanıb. /Rupor/

Digər Xəbərlər
Xəbər Lenti